Sabirabadda ağır qəza

sabirabadda-agir-qeza
Oxunma sayı: 1091

Sabirabadda ağır yol qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" markalı "49 BD 773" dövlət nömrə nişanlı avtomobillə "VAZ 2106" markalı "90 ED 991" dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

Baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Bunlar Qaratəpə kənd sakinləri, 1971-ci il təvəllüdlü Səmədova Mənzər Bayraməli qızı və 1945-ci il təvəllüdlü Abdullayev Əlimehdi Hacıbala oğludur.

 
Yaralılar xəstəxanaya yerləşdirlib. Digər xəsarət alan şəxsə hadisə yerində yardım göstərilib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.