Sabirabadda ağır qəza - Ölən var

sabirabadda-agir-qeza
Oxunma sayı: 1240

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Bulaqlı kəndi ərazisində "Qazel" markalı avtomobillə "KamAZ" markalı avtomobil toqquşub.
 
Nəticədə iki nəfər ağır xəsarət alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.
 
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.