Sabirabadda ağır qəza - Ölənlər var

sabirabadda-agir-qeza
Oxunma sayı: 869

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, rayonun Nizamikənd kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Şaqman” markalı yük maşınının “Vaz-2106” markalı, 52-BB-692 dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində 2 nəfər ölüb. Hadisə yerinə xilasedicilər və təcili yardım maşını cəlb olunub.

Qəza zamanı “Vaz-2106 markalı avtomobildə ölənlər Saatlı rayonunun Mircəlal kəndinin sakinləridir.

Faktla bağlı araşdırma aparılır.