Sabirabadda “Belarus” yandı

sabirabadda-belarus-yandi
Oxunma sayı: 766

Sabirabadda yanğın olub.

"Qafqazinfo"nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Surra kəndində “Belarus“ markalı traktorda baş verib. Nəticədə traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 8 ton ot bağlamasının 2 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və traktor yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.