Sabirabadda narkotik əməliyyatı

sabirabadda-narkotik-emeliyyati
Oxunma sayı: 2833

Sabirabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayonun Rüstəmli kəndində yaşayan 29 yaşlı Xəyyam Nağıyevə məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.