Sabirabadda qəzada yaralanan polis zabiti vəfat etdi - Video

Sabirabadda qəzada yaralanan polis zabiti vəfat etdi
Oxunma sayı: 2978

İki gün əvvəl Sabirabad rayonunda “VAZ-2107”, “NİSSAN” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində ağır xəsarət alımış polis zabiti dünyasını dəyişib. 

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, Sabirabad rayonunun Qaratəpə kəndində yaşayan 25 yaşlı polis baş leytenantı Yusif Vəli oğlu Hüseynov Sabirabad rayon Polis Şöbəsinin əməliyyatçısı işləyib.

O, mart ayının 2-də baş vermiş yol-nəqliyyat qəzasından sonra ağır vəziyyətdə Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilimişdi.

Qeyd edək ki, “NİSSAN”ın sürücüsü, rayonun Qalaqıyın kənd sakini Elşən Eyvaz oğlu Hüseynov və iki nəfər sərnişini-həmkəndlisi Nicat Ramiz oğlu Quliyev, Türkədi kənd sakini Elxan İlham oğlu Dadaşov da müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi