Sabirabadda toyda kütləvi dava - Yaralananlar var

sabirabadda-toyda-kutlevi-dava
Oxunma sayı: 2271

Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qaragüney kəndində baş verib.
 
Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1980-ci il təvəllüdlü Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.