Sabirabaddakı qəzada ailənin bir üzvü öldü - Üçü isə...

sabirabaddaki-qezada-ailenin-bir-uzvu-oldu
Oxunma sayı: 2208

Sabirabad rayonu ərazisində “Mercedes" markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri qəzada yaralanmış “Mercedes" markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

***

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

APA xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləridir.

Hadisə nəticəsində Beyləqan rayon sakini, 1995-ci il təvəllüdlü Cavadzadə Fidan Şamil qızı ölüb, onun bacısı, 1992-ci il təvəllüdlü Sahilə Cavadzadə, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu və 1967-ci il təvəllüdlü Xanzanova Həqiqət Paşa qızı ağır xəsarətlər alıb.