Sabirabadın mərkəzi bazarındakı yanğın söndürüldü - Yenilənib

sabirabadin-merkezi-bazarindaki-yangin-sonduruldu
Oxunma sayı: 1557

Sabirabad rayonunda bazarda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumatına görə, hadisə Sabirabad mərkəzi bazarında baş verib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. 

İlkin məlumata əsasən bazarın ərazisində bir-birinə bitişik mağazalar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

**

Sabirabadın mərkəzi bazarında yanğın söndürülüb.

"Qafqazinfo"nun “Report”a istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlərin birgə mübarizəsi nəticəsində alov lokallaşdırılıb və yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Lakin buna baxmayaraq, ümumi sahəsi 1000 kvadratmetr sahədən artıq olan iki böyük və iki kiçik ticarət obyekti yanaraq yararsız hala düşüb. Sahibkarlara xeyli miqdarda ziyan dəyib. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.