Şabran sakini qarnından bıçaqlandı

sabran-sakini-qarnindan-bicaqlandi
Oxunma sayı: 943

Dekabrın 10-da axşam saatlarında Şabran şəhər sakini Roman Dəmirov qarnından aldığı bıçaq yarası ilə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Qafqazinfo”nun DİN-əistinadən verdiyi xəbərə görə, onu bıçaqlamaqda şübhəli bilinən şəhər sakini Vilayət Məmmədov səhər saatlarında tutularaq polis şöbəsinə gətirilib.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

Faktla bağlı Şabran RPŞ -nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.