Şabranda 3 maşın toqquşdu - 83 yaşlı qadın öldü

sabranda-3-masin-toqqusdu
Oxunma sayı: 1586

Şabranda yol nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, qəzada 3 maşın toqquşub. Belə ki, "Mercedes" markalı avtomobil "Vaz21010" markalı avtomobilə və daha sonra isə "Vaz2107" markalı maşına dəyib.

Nəticədə, "07"dəki sərnişin 83 yaşlı Şabran rayon sakini Solmaz Qasımova Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək olmayıb.

Emin Kərimov