Şabranda evdən oğurluq edən yaxalanıb

Şabranda evdən oğurluq edən yaxalanıb
Oxunma sayı: 453

Şabran RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayının əvvəlində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan 2350 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Əhmədxan Qurbanov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Qafqazinfo" ya verilən məlumata görə, dindirilmə zamanı Ə.Qurbanov törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalarla məlum olub ki, o, tanışı Emin Dadaşovla birlikdə həmin evə gecə vaxtı pəncərədən daxil olaraq, zərərçəkmişə məxsus pulları qanunsuz olaraq ələ keçiriblər. Sonra həmin pulları Bakıya gedərək orada xərcləyiblər.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəvəçi kənd sakini Hicran Xalıqov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə kənd ərazisinə keçirilən baxış zamanı, H.Xalıqov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 7 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi