Şabranda imza günü - Foto

sabranda-imza-gunu-foto
Oxunma sayı: 649

“Qafqazinfo” xəbər verir ki, “Yolayrıcında qaçış” romanı ilə şabranlıların görüşünə gələn Elçin Hüseynbəyli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Tədbirdə rayon rəhbərliyi, orta məktəb müəllimləri, Şabaran Ədəbi Məclsinin üzvləri iştirak ediblər.

Mərasimi rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov açıb. O, imza gününü əlamətdar hadisə kimi qiymətləndirib, qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi kitaba olan marağı artırır, insanların dünyagörüşünü zənginləşdirir.

Yazıçı Aydın Tağıyev Elçin Hüseynbəylinin tanınmış yazıçı olduğunu bildirib və imza gününün ilk olaraq Şabranda keçirilməsini qürurlu hadisə adlandırıb.

E. Hüseynbəyli qısa çıxışı zamanı «Bölgələrdə imza günü» layihəsinə ilk reaksiya vermiş rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürünü bildirib. «Şabran qədim ənənələrə sayğısı ilə fərqlənir. Bu hadisə isə göstərdi ki, şabranlılar həm də yeni ənənələrə dəstək verir və onun inkişafında maraqlıdırlar» - deyə yazıçı qeyd edib.

Sonda E. Hüseynbəyli kitabları imzalayıb və oxujularla xatirə şəkli çəkdirib.

«Yolayrıjında qaçış» romanı «Qanun» nəşriyyatında çap olunub. Yazıçı qloballaşan dünya, onun fəsadları və çaşmış insanların taleyini qələmə alıb.