“Sabunçu bazarı”nda mağazalar yandı - Fotolar

sabuncu-bazarinda-magazalar-yandi
Oxunma sayı: 1528

Bakının Sabunçu rayonunda, Əsildar Məmmədəliyev küçəsində yerləşən ticarət mərkəzindəki yanğın baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, yanğın 200 kvadrat metr ərazini əhatəə edib.

İlkin ehtimala görə, yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub. Əraziyə 7 yanğınsöndürən texnikası və canlı qüvvə cəlb edilərək yanğın söndürülüb.

Hadisə nəticəsində bazarın ərazisindəki 4 kafe və 2 mağaza yanıb. Hadisə zamanı xəsarət alan olmasa da, obyekt sahiblərinə maddi ziyan dəyib. Mağazalardakı əşyalar yanaraq külə dönüb.

Faktla bağlı araşdırma aparılır.