Sabunçuda kütləvi dava - İki nəfər bıçaqlanıb

sabuncuda-kutlevi-dava
Oxunma sayı: 2434

Bakının Sabunçu rayonunda kütləvi dava baş verib.

“Qafqazinfo” Publika.az-a istinadən xəbər verir ki, rayonun Ramana qəsəbəsində 5 nəfər arasında baş verən dava zamanı 1972-ci il təvəllüdlü Müşviq Nəcəfov və 1972-ci il təvəllüdlü Hidayət Kərimov bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.