Sabunçuda mənzildən kişi meyiti tapıldı

sabuncuda-menzilden-kisi-meyiti-tapildi
Oxunma sayı: 963

Sabunçuda mənzillərdən birində 80 yaşlı kişi meyiti tapılıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Qreçkin Vladimir İqoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.