Sabunçuda silahlı insident - - "Qara Tofiq" öldürüldü

sabuncuda-silahli-insident-
Oxunma sayı: 4503


Bakı Şəhər BPİ-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə yerindən “Makarov” tapançasına aid 6 ədəd giliz götürülüb. Tofiq Həsənov isə xəstəxanada ölüb.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

***

Ötən gecə saat 22:35 radələrində Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 27-nin qarşısında 1952-ci il təvəllüdlü Tofiq Əli oğlu Həsənov güllələnib. 

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin müstəntiqi, polis-mayoru Ramin Güləliyevin ANS PRESS-ə verilən məlumata görə, qətlə yetirilən Tofiq Həsənovun yanından 6 “Makarov” tipli tapançaya aid güllə gilizi tapılıb. Başından, sifətindən və ürək nahiyyəsindən ağır güllə yarası alan Tofiq Həsənov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Tofiq Həsənovun uzun müddət həbsxanada məhbusluq həyatı yaşadığı bildirilir. Hətta o, kriminal aləmdə “Qara Tofiq” adı ilə məşhur olub. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.