Sabunçuda üçmərtəbəli 8 otaqlı ev yanıb

sabuncuda-ucmertebeli-8-otaqli-ev-yanib
Oxunma sayı: 1511

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 m² olan üçmərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, evin qalan hissəsi və ona bitişik inzibati bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.