“Saçıma gülməyiniz xoşuma gəlmir” - “Neftçi”nin futbolçusu

sacima-gulmeyiniz-xosuma-gelmir
Oxunma sayı: 1151

“Neftçi”nin legioneri Lukas QomesTopaz Premyer Liqasının XXVI turunda “Qarabağ”a səfərdə 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

-    Matçın çətin keçəcəyini bilirdik, çünki çempiona qarşı mübarizə aparırdıq. Sona qədər mübarizə aparıb 3 xal qazanan tərəf biz olduq.

-    Oyunun sonlarında bir epizodu qaçırdın. O haqda nə deyə bilərsən?

-    O epizodu qola çevirə bilmədiyim üçün çox üzüldüm.Çalışacam ki, üzərimdə işləyib növbəti oyunlarda bu cür şansları qola çevirim. Buna baxmayaraq bu gün qazandığımız 3 xal və sona qədər apardığımız mübarizəyə görə çox sevinirəm.

-    Komandaya uyğunlaşmaqda sanki hələ də çətinlik çəkirsən...

-    Anlayıram ki, legioner olduğum üçün üzərimdə təzyiqlər çoxdur. Buna görə də ikiqat tənqid var üzərimdə. Əvvəlki matçlarda 8-10 dəqiqə meydanda olmuşdumsa, bu gün baş məşqçi mənə daha çox oynamaq şansı verdi. Mən də çalışıram ki, qol vurmasam belə, həmişə komandaya xeyrim dəysin.

-    Tənqidlər sənə psixoloji təsir göstərirmi?

-    Peşəmiz futbol oynamaqdır. Yaxşı və pis oynayanda belə tənqidlərə öyrəşməliyik. Mən də tənqidləri normal qarşılayıram və çalışıram ki, üzərimdə işləyim.

-    “Neftçi”dəki gələcək perspektivini necə görürsən?

-    Hələ 6 aylıq müqaviləm var və çalışacam ki, bu müddət ərzində özümü daha yaxşı tərəfdən göstərim. 6 ay sonra nə olar, bu, artıq klubdan asılıdır.

-    Saç stilini dəyişməyinin hansısa xüsusi bir səbəbi varmı?

-    Saç düzümümə gülməyiniz xoşuma gəlmir. Dəyişdim ki, maraqlı olsun. Siz də mənə maraqla baxırsınız.