Sadə amerikalı necə şahzadə oldu?

sade-amerikali-nece-sahzade-oldu
Oxunma sayı: 3719

Efiopiyanın sonuncu imperatoru I Hayle Selassienin (Ölkəni 1930-1974-cü illərdə idarə edib) nəslindən olan 35 yaşlı Coela Makonnena 33 yaşlı sadə amerikalı Ariana Ostinlə evlənib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, monarxın böyük nəvəsi, hüquqşünas C. Makonenna Ariana ilə 12 il öncə Vaşinqtonda “Pearl” gecə klubunda tanış olub. 

Cütlüyün toyu ailə üzvləri və yaxın dostlarının iştirakı ilə baş tutub.