“Sadə vətəndaş kimi dövlətimə xidmət edəcəm” - Abid Şərifov

sade-vetendas-kimi-dovletime-xidmet-edecem
Oxunma sayı: 5332

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Uzun illər hökumətdə baş nazirin müavini postunu tutan Abid Şərifov da yola salınanlar sırasında olub.

“Qafqazinfo”nun məlumatına görə, Gununsesi.info-ya açıqlamasında Abid Şərifov ölkə başçısının sərəncamını şərh edib:

”Mən uzun illər dövlətə xidmət etmişəm. Bu mənim baş nazirin müavini kimi vəzifəm olub. Bu gün də sadə vətəndaş kimi dövlətimə, prezidentimə sədaqətlə xidmət edəcəm. Allah İlham Əliyevə can sağlığı versin. Bu gün uğurlarımız onun rəhbərliyi ilə qazanılıb”.