“Sadəcə onu həyatımdan silirəm” - Əməkdar artist

sadece-onu-heyatimdan-silirem
Oxunma sayı: 803

Müğənni Nazənin əməkdar artist Nüşabə Ələsgərli ilə dostluğundan söhbət açıb. “Qafqazinfo”nun məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni bildirib ki, sənətdə yeganə dostu N.Ələsgərlidir: 

“Nüşabə ilə dostluğum sözlə bitəsi deyil. O mənim pis günlərimin dostdur. İnsanın probleminə qulaq asan xanımdır. Bir söz olanda da adamı sözlə elə sakitləşdirir ki... Məni depresiyaya yalnız bir şey sala bilər. O da dostumun mənə qarşı naxələf çıxmağı. Dosta güvəndimsə, onu hər zaman qoruyuram”. 

N.Ələsgərli isə aparıcının “Bu illər ərzində aranızı vuran oldu? sualına bu cür cavab verib: 

“Mənə yox, Nazəninə mənim barəmdə nələrsə deyə bilərlər. O duyğusaldı, mən isə elə deyiləm. Mənə heç bir zaman kimsə deyə bilməz ki, Nazənin sənə filan vaxtı çəp baxıb. Elə bir şərait yaratmaram ki, onun barəsində mənə nəsə deyilsin. Uşaq deyiləm ki? Mənim öz mövqeyim var. Nazənin ərköyündü, amma “sözəgedən” adam deyil. Onun da kəskin xarakterləri var”. 

Daha sonra Nazənin rəfiqəsinin sözlərinə  “Mən dost və ya düşmən oldumsa, ömürlük oluram. Mənə qarşı etibarsızlıq edən dostlara qarşı da düşmənçilik etmirəm. Sadəcə onu həyatımdan silirəm. Çünki mən yalandan rol oynaya bilmirəm”- deyə cavab verib.