“Sadəcə, qorxaqlar belə hərəkət edir” - Qurban Qurbanov

sadece-qorxaqlar-bele-hereket-edir
Oxunma sayı: 2499

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın qrup mərhələsinin sonuncu turunda "Arsenal"la oyunun artırma dəqiqələrində baş vermiş insidentə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis erməni azarkeşlərdən birinin meydana əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq çıxması ilə bağlı danışıb: "Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar”.