Şagird şagirdi öldürdü - İmtahan vermək istəmirmiş...

Şagird şagirdi öldürdü
Oxunma sayı: 3154

Hindistanın Quarqaon ştatında qandonduran hadisə verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Ryan International” adlı məktəbdə 7 yaşlı Pradyamun Takur adlı şagird tualetdə boğazı kəsilmiş halda tapılıb.

Araşdırmalar nəticəsində uşağın həmin məktəbin 11-ci sinfində oxuyan digər şagird tərəfindən qətlə yetirildiyi məlum olub. Onun imtahanların və valideynlər iclasının təxirə salınması üçün cinayət törətdiyi üzə çıxıb.

Adı açıqlanmayan həmin şagird saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi