Şagirdlər Naxçıvana yola salındılar - Foto

Şagirdlər Naxçıvana yola salındılar
Oxunma sayı: 609

Qaradağ rayon orta ümumtəhsil məktəblərində 9-11-ci siniflərdə təhsil alan şagirdlərin “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaların növbəti mərhələsi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, sayca 11-ci tur-aksiya çərçivəsində Qaradağ rayonundan olan 27 nəfər məktəblinin növbəti dəfə səfəri təşkil edilib. 15-18 mart tarixlərində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu tur-aksiyada Qaradağ rayon məktəbliləri Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər.

Mart ayının 15-də Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində tur -aksiyada iştirak edəcək Qaradağ rayon məktəblilərinin yola salınması ilə bağlı görüş keçirilib.  

Görüşdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb.

Rayon İcra Hakimiyyəti tərəfindən qrupa rəhbər təyin olunub, şagirdləri müşayiət edəcək müəllim və həkim heyəti seçilib. Şagirdlər üçün xüsusi geyimlər müəyyən olunub.

Sonra rayonun Lökbatan qəsəbəsindəki C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbi və 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivlərinin hazırladıqları musiqi proqramı təqdim olunub.

Mərasim başa çatdıqdan sonra rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Bakı-Naxçıvan reysi ilə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına yola salınıblar. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi