Şagirdlər Qarabağ bölgəsinə yollandı

sagirdler-qarabag-bolgesine-yollandi
Oxunma sayı: 711


“Qafqazinfo”nun verdiyi xəbərə görə, noyabrın 14-də Nərimanov rayonun məktəblilərindən ibarət 40 nəfərlik növbəti qrup ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə Fizuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər-Naftalan marşrutu üzrə yola salınıblar. Məktəblilərə tur boyunca bələdçi, müəllim və tibb işçisi nəzarət edəcək. 

Yolasalma mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova məktəblilərin sözügedən regionların qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlarını qeyd edib və şagirdlərə uğurlar arzulayıb.