Şagirdlərdən pul yığan müəllim və direktorlar işdən çıxarılacaq

Şagirdlərdən pul yığan müəllim və direktorlar işdən çıxarılacaq
Oxunma sayı: 1355

5 oktyabr- Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa, valideynlər Təhsil Nazirliyinin “146” ​qaynar xəttinə müraciət edə bilərlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: “Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər”.

Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi