Şagirdləri daşıyan avtobus qəzaya düşüb - Yaralananlar var

sagirdleri-dasiyan-avtobus-qezaya-dusub
Oxunma sayı: 636

ABŞ-ın Las-Veqas şəhərində məktəbliləri daşıyan avtobus yolsuzluq avtomobili ilə toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qəza nəticəsində 11 nəfər yaralanıb. CİP-də olan qadın sürücü və az yaşlı uşağı ağır xəsarət alıb. Hadisə baş verən zaman məktəbli avtobusunda 37 şagird olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis paktla bağlı araşdırmalara başlayıb.