Sagopa Kajmer boşandığı qadını döydü

sagopa-kajmer-bosandigi-qadini-doydu
Oxunma sayı: 1249

Türkiyəli məşhur repçi Kolera (Esen Güzel) iki əvvəl boşandığı Sagopa Kajmer (Yunus Özyavuz) tərəfindən şüddətə məruz qaldığını bildirib.  “Qafqazinfo” xəbər verir ki, ifaçı boşandıqdan sonra keçmiş ərinin onu döydüyünü iddia edib:

“Evli olarkən şiddət görməmişəm. Amma boşandıqdan sonra döyülmüşəm. Belimdə ağrılar var idi, zədə aldığımı düşünmürdüm. Həkim dedi ki, belimdə əziklər var. Sagopa tərəfindən təhdid olunuram.

Şantaj olunduğumu mətbuata açıqlayandan sonra instaqram səhifəsində silah şəkli paylaşıb. Onu məhkəməyə verməyəcəm, sadəcə olaraq uzaqlaşdırma qərarının hökm olunması üçün çalışacam”.