“Şah Qacar” 50-ci dəfə nümayiş olunacaq - Fotolar

“Şah Qacar” 50-ci dəfə nümayiş olunacaq
Oxunma sayı: 561

Oktyabrın 15-də Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə hazırlanan “Şah Qacar” tamaşası nümayiş olunacaq.

"Qafqazinfo" xəbər verir ki, əməkdar incəsənət xadimi Əli Əmirlinin ““Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemətin hazırladığı iki hissəli faciənin elmi məsləhətçisi Çingiz Qacardır.

50-ci dəfə oynanılacaq səhnə əsərinin bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Vidadi Həsənovdur.

Tamaşada xalq artistləri Fuad Poladov (Şah Qacar), Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), Məmməd Səfa (Kərim xan Zənd), Anar Heybətov (Cəfərqulu xan) və başqaları iştirak edir.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi