Şahan Gökbahar ailəsi ilə 6 milyonluq yaxtasında - Fotolar

sahan-gokbahar-ailesi-ile-6-milyonluq-yaxtasinda
Oxunma sayı: 4642

Türkiyəli komediyaçı və rejissor Şahan Gökbahar həyat yoldaşı Selin, 2 yaş 5 aylıq oğlu Efe və 16 aylıq qızı Ela ilə şəxsi yaxtasında dincələrkən görüntülənib.

“Qafqazinfo”nun “Posta”ya istinadən məlumatına görə, ilk dəfə görüntülənən Efe ilə Elanın atalarına bənzərliyi diqqətdən qaçmayıb.

Qeyd edək ki, Gökbahar “Absolute Navetta 52” model yaxtanı 2017-ci ildə 6 milyon TL-yə alıb. 16 metrlik yaxta 14 nəfər üçün nəzərdə tutulub.