Şahdağa 38 sm qar yağıb

sahdaga-38-sm-qar-yagib
Oxunma sayı: 1202

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  martın 09 gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki hava haqqında məlumatı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 09-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda  qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 38, Qırızda 12, Xınalıqda 4, Rvarudda 3, Kəlvəzdə 2 sm təşkil edib.
Şimal-qərb küləyi bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.