“Şahdağ”ın nizamnamə kapitalının məbləği dəyişdi

“Şahdağ”ın nizamnamə kapitalının məbləği dəyişdi
Oxunma sayı: 628

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və Strukturunu təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.

 “Qafqazinfo” xəbər verir ki, dəyişiklikdə qeyd olunur ki, cəmiyyətin nizamnamə kapitalı 546 775 725.05 (beş yüz qırx altı milyon yeddi yüz yetmiş beş min yeddi yüz iyirmi beş manat beş qəpik) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil edilir. Nizamnamə kapitalı nominal dəyəri 100 (yüz) manat olan 5 467 757 (beş milyon dörd yüz altmış yeddi min yeddi yüz əlli yeddi) ədəd adi səhmlərdən ibarətdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi