Sahibi dəm qazından boğulan ev yandı - Yenilənib

sahibi-dem-qazindan-bogulan-ev-yandi
Oxunma sayı: 2362

Salyanda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun "Trend"ə istinadən məlumatına görə, hadisə Salyan rayonu, Təbriz Xəlilbəylu küçəsində yaşayış evlərinin birində baş verib.

Hazırda hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri alovu sondürməyə çalışırlar.

Qeyd edək ki, yanğın baş verən evdə bir müddət əvvəl ölüm hadisəsi də baş vermişdi. Belə ki, həmin evdə yaşayan bir qadın dəm qazından boğularaq dünyasını dəyişmişdi.

*** 

Salyan şəhərində ümumi sahəsi 242 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 2 otağın və mətbəxin yanar konstruksiyaları 95 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.