Sahibkardan 30 min tələb edən azərbaycanlıya 9 il iş verildi

sahibkardan-30-min-teleb-eden-azerbaycanliya-9-il-is-verildi
Oxunma sayı: 912

Volqoqrad Regional Məhkəməsi Dzerjinsky rayonundakı topdansatış bazarında işləmək üçün sahibkardan 30 min rubl tələb edən Vüqar Əsədovla bağlı yekun qərar qəbul edib.

“Qafqazinfo” “Novosti Volgograd.ru” saytına istinadən xəbər verir ki, cinayət hadisələri 2011, 2012 və 2017-ci illərdə baş verib. 

Məlumata görə, 39 yaşlı Əsədov rədd cavabı aldıqda adamları ilə həmin sahibkara qarşı silahlı hücum edərək onu döyüblər.

O, məhkəmədə özünü təqsirli bilməyib. V. Əsədov zərərçəkmişi uzun müddətdir tanıdığını, aralarında düşmən əlaqələri olduğunu, münaqişənin yalnız yerli bazarda ticarət hüququ üçün yarandığını bildirib. 

Dzerjinsk rayon məhkəməsinin qərarına əsasən, Əsədov qəsb və oğurluğa görə cəzasını ciddi rejimli islah müəssisəsində çəkmək şərtilə 9 il müddətinə azadlıqdan məhrum edilib.