Sahibkarlar üçün treninq

sahibkarlar-ucun-treninq
Oxunma sayı: 920


“Qafqazinfo”nun məlumatına görə, treninqdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, Avropa İttifaqına ixrac imkanları və bu sahədə mövcud qanunvericilik barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə, həmçinin təqdimatlar keçirilib, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” haqqında məlumatlar verilib. İştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Treninq Bakı Biznes Tədris Mərkəzi Qazax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.