Sahibkarlara güzəştli kredit verildi

Sahibkarlara güzəştli kredit verildi
Oxunma sayı: 653

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fəaliyyətini davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, bu istiqamətdə növbəti işgüzar forum iyulun 9-da İsmayıllıda keçirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında ölkə Prezidentinin  sosial-iqtisadi siyasətinə uyğun olaraq, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə gördüyü işlər barədə məlumat verib.

Qeyd edilib ki, bu ilin ötən dövründə 545 sahibkarın ümumi dəyəri 182 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 50,1 milyon manat güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 476 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 30-dan çox iş yerinin açılması mümkün olacaq. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi