Sahibkarlarla görüşlər davam edir

sahibkarlarla-gorusler-davam-edir
Oxunma sayı: 739

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə növbəti görüşü Masallı rayonunda keçirib.

“Qafqazinfo” xəbər verir ki, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı və Astara rayonlarının nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahiblərinin iştirak etdiyi görüşdə sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişaf perspektivləri, daha yüksək məhsuldarlığın əldə olunması üsulları və keyfiyyətli yem təchizatının təmin olunması ilə bağlı məsləhətlər verilib, sahibkarların problemləri dinlənilib və həlli yolları müzakirə edilərək onlara müvafiq tövsiyələr verilib.

Görüşdə nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün ETSN-nin müvafiq qurumlarına müraciət etmələri onların diqqətinə çatdırılıb.

Xatırladaq ki, belə bir görüş Salyan və Neftçala rayonlarının nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə də keçirilib.