Sahibkarlıqla bağlı qanuna dəyişiklik edildi

Sahibkarlıqla bağlı qanuna dəyişiklik edildi
Oxunma sayı: 1102

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bu sahədə aparılan yoxlamalar daha iki il müddətinə uzadılıb. Belə ki, qanunda sözügedən tarix "2021 -ci il yanvarın 1-dək" sözləri ilə əvəz edilib. Eyni zamanda 2. 2.1-ci maddənin birinci cümləsinə "yoxlamaları," sözündən sonra "müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə" sözləri əlavə edilib. Qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi