Şahidlər məhkəməyə məcburi gətiriləcək

sahidler-mehkemeye-mecburi-getirilecek
Oxunma sayı: 1170

Bakı Ağır Cinayətlər Məhkəməsində öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəməkdə təqsirləndirilən "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə 5 şahidin məhkəməyə gəlmədiyi bildirilib. Hakim onlar barəsində məcburi gətirilmə qərarı verib. Onların gətirilib dindirilməsi üçün polisə müraciət olunacaq. 

G.Hüseynov həmçinin rüşvət verməkdə iştirak etməkdə ittiham edilir. Məlumata görə, o, 1 il axtarışda olub. 

Murad Əhməd