Sahil Babayev sələfinin qohumuna yüksək vəzifə verdi

Sahil Babayev sələfinin qohumuna yüksək vəzifə verdi
Oxunma sayı: 7915

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sələfi Səlim Müslümovun qohumunun vəzifəsini yüksəldib.

“Qafqazinfo”nun “Mia.az”a istinadən məlumatına görə, nazirin əmri ilə Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini Qocayev Sabir Nazir oğlu bu şöbənin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Sahil Babayev nazir təyin olunduqdan sonra, daha dəqiqi, ötən ilin may ayından həmin vəzifəni Sabir Qocayev icra edirdi.

Onu da bildirək ki, S. Qocayev sabiq nazir Səlim Müslümovun qohumudur. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi