Sahil Babayev vətəndaşlarla görüşdü

Sahil Babayev vətəndaşlarla görüşdü
Oxunma sayı: 889

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tovuz rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, vətəndaşlarla görüşündə S.Babayev ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb.Aktiv məşğulluq proqramlarının geniş miqyas alması, bu proqramların icrasında həssas qruplara üstünlük verilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.

Vətəndaşların məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, pensiya və sosial müavinət, əlillik, reabilitasiya və sosial xidmətlər, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilərək cavablandırılıb. 

S.Babayevin tapşırıqlarına uyğun olaraq, ayrı-ayrı vətəndaşlar müraciətləri nəzərə alınmaqla, özünüməşğulluq proqramına, peşə hazırlığına, nazirliyin reabilitasiya müəssisələrində bərpa müalicəsinə, reabilitasiya və sosial xidmətlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar. Məşğulluq üçün müraciət edən bir qisim vətəndaşa ərazi üzrə vakant iş yerləri təklif olunub və onlara əmək bacarıqlarına uyğun münasib iş yerlərinə göndərişlər təqdim edilib. Eləcə də müraciətlərdə ifadə olunan ayrı-ayrı məsələlərlə bağlı vətəndaşlara izahatlar verilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi