“Sahil” stansiyası işıqsız qaldı

sahil-stansiyasi-isiqsiz-qaldi
Oxunma sayı: 1239

Metropolitenə gələn elektrik xətlərində gərginliyin düşməsi “Sahil” stansiyasının esklatorları və işıqlanma sistemində əksini tapıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev yayıb. 

O bildirib ki, sərnişin təhlükəsizliyi tələblərinə ciddi əməl olunmaqla qısa müddət ərzində eskalatorların fəaliyyəti bərpa olunub. Sərnişinlər arasında xəsarət alan olmayıb. Gərginliyin düşməsi qatarların hərəkətinə ciddi təsir göstərməyib.