“Sahil” stansiyasında hansı işlər görülüb? - Video

“Sahil” stansiyasında hansı işlər görülüb?
Oxunma sayı: 1107

Bir neçə aydır bağlı olan metronun “Sahil” stansiyasında işlərin xeyli hissəsi görülüb.

“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, stansiyada əsas yenilik yeni tipli eskalatorların quraşdırılması ilə bağlıdır.

50 yaşlı stansiya yeni görkəmdə sərnişinlərin ixtiyarına veriləcək. Bu məqsədlə təmir və yenidənqurma işləri sürətlə aparılır.

Stansiyanın karroziyaya uğramış dəmir divarları sökülüb və yenisi ilə əvəz olunub. Sərnişinlərin dayandığı platformaya isə yeni beton örtük vurulur.

“28 May” stansiyası ilə müqayisədə, burada quraşdırlacaq eskalatorların eni bir metr olacaq ki, bu da stansiyaya enib-qalxarkən, xüsusən gur saatlarda, sərnişin dövriyyəsini əvvəlkindən daha operativ və rahat qurmağa imkan verəcək. Stansiya 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz ediləcək.

Qeyd edək ki, “Sahil” stansiyasında bütün işlər qurumun öz hesabına, tikinti və istismar sahəsinin işçiləri tərəfindən görülür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi