“Sahil” Ticarət Mərkəzini kim sığortalayıb?

sahil-ticaret-merkezini-kim-sigortalayib-
Oxunma sayı: 1391


Fins.az-in məlumatına görə, ticarət mərkəzi "Azsığorta" şirkətində sığortalanıb. Şirkətin idarə heyətinin sədr müavini Müzəffər Rəsulzadə bildirib ki, hələlik bununla bağlı araşdırmalar aparılır: “Dəymiş zərər məlum deyil. Araşdırmalar bitəndən sonra sığorta ödənişi ilə  bağlı məsələ dəqiqləşmiş olacaq. Bu isə təxminən 1 aya yaxın  vaxt aparacaq”.

Xatırladaq ki, "Sahil" metrostansiyasının üstündəki çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 2000 kvadratmetr olan "Sahil" ticarət mərkəzində yanğın martın 12-də səhər 9-48-də başlayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində ticarət mərkəzində 800 kvadratmetr sahədə mağazalar və geyim malları yanıb. Bəzi məlumatlara görə isə yanğın 1500 kvadratmetr sahəni əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə,  3-cü mərtəbənin qalan hissəsi, ticarət mərkəzinin 1,2-ci mərtəbələri və yuxarı mərtəbələrdəki mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.