Sahil zolağı plastik tullantılardan təmizlənib - Fotolar

Sahil zolağı plastik tullantılardan təmizlənib
Oxunma sayı: 456

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi məqsədilə iməcilik keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iməcilikdə ETSN-nin əməkdaşları, Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts, səfirliyin nümayəndələri və “Azərsun Holdinq” MMC-nin texniki heyəti iştirak edib.

Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən aksiyada 5 hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib və yenidən emal məqsədilə aidiyyəti üzrə daşınıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi