Şahin Diniyev istefa verdi

sahin-diniyev-istefa-verdi
Oxunma sayı: 3895

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev bu gün Gəncədə baş tutan “Kəpəz”- “Səbail” qarşılaşmasından sonra istefa verib.

“Qafqazinfo”nun məlumatına görə, təcrübəli mütəxəssis bu haqda oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

O, istefa ərizəsini artıq təqdim etdiyini bildirib: “İstefa ərizəmi artıq İslam Abbasova təqdim etmişəm. İstefam “Kəpəz” ətrafında baş verənlərlə bağlı deyil. Gəlin, bu hadisəni siyasiləşdirməyək. Komanda sonuncu yerdədir. Bu gün qalib gəlsəydik, qurtara bilərdik. Ancaq alınmadı. İstefa vermək də bir mədəniyyətdir. Bunu etmək üçün özündə güc tapmaq lazımdır. Mən də bunu edirəm və bu gündən “Kəpəz”in baş məşqçisi deyiləm. Gəncənin əsl azarkeşlərindən üzr istəyirəm”.