Şahin Diniyev proqnoz verdi

sahin-diniyev-proqnoz-verdi
Oxunma sayı: 706

Hər iki oyun barəsində “Qafqazinfo”ya açıqlama verən Şahin Diniyev klubların şanslarını dəyərləndirib.

İlk olaraq “İnter” – “Kəpəz” oyunu ilə bağlı fikirlərini bildirib: “Düşünürəm ki, “İnter” bu oyunun favoritidir. Buna baxmayaraq futbolda hər şey ola bilər. Elə olur ki, proqnozlar özünü doğrultmur. Çünki “Kəpəz” hazırda son pillədə olduğu üçün oyuna daha güclü motivasiya ilə çıxacaq. “Kəpəz” bu oyunda əks hücuma da keçə bilər. Lakin “İnter” həmişə daha səviyyəli oyun nümayiş etdirir. Həm də bu klubda boşluqlar yoxdur”.

Daha sonra AZAL – “Bakı” oyunu ilə bağlı proqnoz verən Diniyev üstünlüyün AZAL-da olacağını qeyd edib: “Bu klublar təxminən bərabər səviyyəlidir. Ancaq AZAL-da vəziyyət bir qədər daha yaxşıdır. Vaqif Sadıqov gözəl komanda qurub. Bu klub həm müdafidə, həm də hücumda oynamağı bacarır. Buna görə də oyun 60 faiz AZAL-ın xeyrinə bitəcək”.

Sevinc