“Şah”ın mükafatı verildi! - Foto

sahin-mukafati-verildi
Oxunma sayı: 8241

İsveçrənin Bil şəhərində 21 iyuldan bəri davam edən Beynəlxalq Şahmat Turnirinə yekun vurulub. 

“Qafqazinfo” xəbər verir ki, Bil Kongres Mərkəzində baş tutan bağlanış mərasimində qaliblərə mükafatlar təqdim olunub. 

Turnirin qalibi Şəhriyar Məmmədyarova mükafatı səfir Xanım İbrahimova təqdim edib.

Xatırladaq ki, Azərbaycan təmsilçisi yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub. O, yarışın doqquzuncu turunda 57-ci gedişdə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.