Şahin Mustafayevlə görüş var

sahin-mustafayevle-gorus-var
Oxunma sayı: 969

Oktyabrın 21-də iqtisadiyyat naziri Şahin Mustafayev Ağdaşda Göyçay, Ucar və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.
 
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən YAP-ın Ağdaş rayon təşkilatının binasında (ünvan: Ağdaş şəhəri, Heydər Əliyev meydanı, 2) keçiriləcək.
 
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
 
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.